str.zfill()

s.zfill(genişlik)

Bu metod s sətrini genişlik qədər yerdə solunu 0 simvolu ilə dolduraraq nizamlayır.

>>> “123456”.zfill(10)
‘0000123456’
>>> “-123456”.zfill(10)
‘-000123456’
>>>

str.rjust()

s.rjust(genişlik[, dolsim])

Bu metod s sətrini genişlik qədər yerdə sağdan nizamlanır. Burada dolsim sətrin solunu dolduran simvoldur. Bu parametrin istifadəsi məcburi deyil və default (susmaya görə) qiyməti boşluq simvoludur.

>>> "Python".rjust(10)
' Python'
>>> "Python".rjust(10,"~")
'~~~~Python'
>>>

str.ljust()

s.ljust(genişlik[, dolsim]) 

Bu metod s sətrini genişlik qədər yerdə soldan nizamlanır. Burada dolsim sətrin sağını dolduran simvoldur. Bu parametrin istifadəsi məcburi deyil və default (susmaya görə) qiyməti boşluq simvoludur.

>>> "Python".ljust(10)
'Python '
>>> "Python".ljust(10,"-")
'Python----'
>>>