Riyaziyyatdan da bildiyiniz kimi ən böyük ortaq bölən (ƏBOB) – iki tam ədədin hər birinin qalıqsız bölündüyü natural ədədlərdən ən böyüyüdür. ƏBOB-u tapmaq üçün əvvəlcə ədədləri sadə vuruqlarına ayırmaq, sonra isə ortaq olan sadə vuruqları vurmaq lazımdır.
ƏBOB-u tapmağın effektiv metodlarından biri də Evklid Alqoritmindən istifadə etməkdir. Aşağıdakı proqramda bu alqoritmin Python dilindəki realizasiyası verilmişdir:
mas = list(map(int, input().split()))
a, b = mas[0], mas[1]
while a!=0 and b!=0:
if a > b:
a = a % b
else:
b = b % a
print (a+b)
Evklid alqoritminin çıxma üsulu da mövcuddur:
mas = list(map(int, input().split()))
a, b = mas[0], mas[1]
while a != b:
if a > b:
a = a - b
else:
b = b - a
print (a)
Sonda onu da qeyd edək ki, Python dilinin math modulunda ƏBOB-u tapmaq üçün gcd() adlı funksiya təyin olunmuşdur. İstəsəniz bu hazır funksiyadan da istifadə edə bilərsiniz:
from math import gcd mas = list(map(int, input().split())) print(gcd(mas[0],mas[1]))
