Biz indiyə qədər mənimsətmə əməliyyatlarında = operatorundan istifadə edirdik. Bu əsas mənimsətmə operatorundan başqa Python proqramlaşdırma dilində digər mənimsətmə operatorları da var. Aşağıdakı cədvəldə sadalanan bu operatorlar müəyyən mənimsətmə əməliyyatları zamanı sintaksisi sadələşdirmək üçün istifadə olunur:
| Operator | İstifadə | Ekvivalent |
| += | a+=2 | a=a+2 |
| -= | a-=2 | a=a-2 |
| *= | a*=2 | a=a*2 |
| /= | a/=2 | a=a/2 |
| //= | a//=2 | a=a//2 |
| %= | a%=2 | a=a%2 |
| **= | a**=2 | a=a**2 |
Gəlin bu operatorlardan birini təcrübədə tətbiq edək. Aşağıdakı proqram 1-dən 100-dək ədədlər içərisində 3-ə bölünənlərin sayını və onların cəmini tapıb ekrana çıxarır:
>>> k=s=0
>>> for i in range(3, 100, 3):
k+=1
s+=i
>>> print(k, s)
33 1683
>>>
Proqramdakı k+=1 və s+=i ifadələrinin nəyə ekvivalent olduqlarını aydınlaşdırın.

“Mənimsətmə operatorları” üçün bir şərh
Şərh üçün bağlıdır.