Nəzərinizə çatdıraq ki, əslində Python proqramlaşdırma dilində ikilik say sistemində verilmiş ədədin onluq say sisteminə çevrilməsi üçün iki parametrli int(x, b) funksiyasından istifadə etmək mümkündür. Burada x digər say sistemində (indiki halda ikilik) olan ədəddir və dırnaq arasında göstərilməlidir. İkinci parametr olan b isə verilmiş ədədin hansı say sistemində (indiki halda 2) olduğunu bildirmək üçündür:
>>> int("1001", 2)
9
>>> int("1011", 2)
11
>>>
Bu dərsimizdə sözügedən çevrilmənin alqoritmini nəzərdən keçirəcəyik.
Gəlin nümunə kimi 1001 ikilik ədədini onluq ədədə çevirək. Bildiyiniz kimi ikilik ədədin onluq ədədə çevrilməsi riyazi olaraq aşağıdakı qayda üzrə aparılır:

Əvvəlcə 1001 ikilik ədədinin sağdan başlayaraq üzərinə 0, 1, 2, 3 nömrələrini yazırıq. Sonra isə rəqəmləri 2-nin uyğun qüvvətinə vurub toplayırıq.
Python dilində bu alqoritm aşağıdakı kimi alınacaq:
n = input()
k = len(n)
s = 0
for i in range(k):
s = s + int(n[i])*2**(k-i-1)
print(s)
Proqram icrasının nümunələri:
10101001 169
11011010 218
