Proqramlaşdırmada bir çox halda qiymətləri, eləcə də dəyişənləri bir-birilə müqayisə etmək lazım gəlir. Bunun üçün hər bir proqramlaşdırma dilində olduğu kimi Python dilində də müqayisə operatorları nəzərdə tutulmuşdur:
| Operator | Təyinatı |
| < | kiçikdir (a<b) |
| > | böyükdür (a>b) |
| == | bərabərdir (a==b) |
| <= | kiçik bərabərdir (a<=b) |
| >= | böyük bərabərdir (a>=b) |
| != <> | bərabər deyil (a!=b və ya a<>b) |
Cədvəldə bərabərsizliyi müqayisə edən iki operator (!= və <>) göstərilmişdir. Qeyd etmək lazımdır ki, yeni versiyada != operatorundan istifadə edilir. Sizin də bu variantdan istifadə etməyiniz tövsiyə olunur.

“Müqayisə operatorları” üçün bir şərh
Şərh üçün bağlıdır.