Freymvork

Freymvork (ing. framework) — proqram təminatı məhsullarının hazırlanmasında özül rolunu oynayan proqramlaşdırma alətidir. Bu alət proqramçıların işini xeyli dərəcədə asanlaşdırır, onları proqram arxitekturasının karkasını qurmaq, ümumi funksionallığı hazırlamaq kimi vaxt aparan işlərdən azad edir. Proqramçı freymvorkdan şablon kimi yararlanır, zəruri əlavə və dəyişikliklərlə onu konkret məqsədlər üçün fərdiləşdirə bilir. Freymvorklar proqram layihələrini standart və sınanmış üsullarla hazırlamağa imkan verir. Platforma və proqramlaşdırma dilindən asılı olaraq müxtəlif freymvorklar mövcuddur. Məsələn, masaüstü tətbiqlər üçün WPF, Cocoa, Swing; veb tətbiqləri üçün Django, Laravel, Ruby on Rails; mobil tətbiqlər üçün SwiftUI, React Native, Flutter kimi freymvorklardan istifadə edilir.

“Freymvork” üçün bir şərh

  1. Geri izləmə: Terminlər | Python

Şərh üçün bağlıdır.