Proqrama modullar daxil ediləndə interpretator onları sys.path dəyişənində təyin edilən kataloqlarda (qovluqlarda) axtarır. Axtarış aşağıdakı ardıcıllıqla aparılır:
- cari kataloq;
- PYTHONPATH mühit dəyişənində verilən kataloqlar;
- platformadan asılı təyin edilən default (susmaya görə) kataloqlar.
Axtarış aparılan bu kataloqların siyahısına sys.path dəyişənini çağıraraq baxmaq olar:
>>> import sys
>>> sys.path
['',
'C:\\Python34\\Lib\\idlelib',
'C:\\Windows\\system32\\python34.zip',
'C:\\Python34\\DLLs',
'C:\\Python34\\lib',
'C:\\Python34',
'C:\\Python34\\lib\\site-packages']
>>>
Qeyd edək ki, kataloqların adları və yeri kompüterinizin əməliyyat sistemindən asılı olaraq, fərqli ola bilər. Bu kataloqlar siyahısına append() funksiyasından istifadə etməklə yeni kataloq əlavə oluna bilər:
>>> import sys
>>> sys.path.append('C:\\Python34\\Dersler')
>>> sys.path
['',
'C:\\Python34\\Lib\\idlelib',
'C:\\Windows\\system32\\python34.zip',
'C:\\Python34\\DLLs',
'C:\\Python34\\lib',
'C:\\Python34',
'C:\\Python34\\lib\\site-packages']
'C:\\Python34\\Dersler']
>>>

“Modulların yeri” üçün bir şərh
Şərh üçün bağlıdır.