Sinifdənkənar elanlar

Biz indiyə qədər atributları sinif daxilində elan edirdik. Lakin onları sinifdən kənarda da təyin etmək olar:

class Circle: 
    pass

c = Circle()
c.x = 0
c.y = 3
c.r = 5
print("Çevrənin mərkəzi - ({0},{1})".format(c.x, c.y)) 
print("Çevrənin radisu - {0}".format(c.r))

Burada Circle sinfi elan edildikdən sonra bu sinifdən olan c obyekti meydana gətirilir. Daha sonra sinifdən kənarda bu obyekt üçün x, yr atributları təyin edilərək müvafiq qiymətlər mənimsədilir.
Aşağıdakı proqram kodunda isə sinifdən kənarda metod elan edilir:

def circ_diam(self, r): 
    return 2 * r

class Circle:
    d = circ_diam

c = Circle()
print("Çevrənin diametri - {0}".format(c.d(5)))

Yuxarıdakı hər iki proqram kodunu skriptdə yazın və nəticələrini yoxlayın.

Sinifdənkənar elanlar” üçün bir şərh

Şərh üçün bağlıdır.