Sinif tərkibində (metodların daxilində və ya xaricində) elan olunan, lakin kənardan müraciət edilə bilməyən dəyişənlər private (özəl) dəyişənlər adlanır. Özəl dəyişənlər önlərində iki altdan xətt ilə elan olunur:
class Circle(): __adef = """Çevrə - müstəvi üzərində verilmiş nöqtədən müsbət r məsafədə olan nöqtələr çoxluğudur.\n""" def __init__(self, x, y, r): self.x = x self.y = y self.r = r def cinfo(self): print(Circle.__adef) print("Verilmiş çevrənin:") print("mərkəzi - ({0}, {1})".format(self.x, self.y)) print("radisu - {0}".format(self.r))c = Circle(0, 3, 5)c.cinfo()print(Circle.__adef)
Burada Circle sinfində __adef dəyişəni özəl dəyişən kimi elan edilmişdir. Bu dəyişənə yalnız sinif daxilindən müraciət etmək mümkündür. Ona görə də, yuxarıdakı proqram kodunda axırıncı sətir icra olunduqdan sonra xəta qeydə alınacaqdır.

“Private (özəl) dəyişənlər” üçün bir şərh
Şərh üçün bağlıdır.