Pünhan babanın yaşı

   Havası təmiz, günəşi bol olan bir şəhərdə 13 yaşlı Adil yaşayır. Adilin xətrini dünyalar qədər istədiyi Pünhan adlı babası var. Günlərin bir günü Adil babasından yaşını soruşur. Pünhan baba deyir lki, mənim yaşım 40-dan az deyil. Amma sənə yaşımı deməyəcəm, gərək özün tapasan. Bununla belə sənə bir ipucu verə bilərəm.

Punhan Baba

   Mənim yaşım natural bir ədəddir. Amma cüt və ya tək olduğunu da deməyəcəm. Əgər yaşım cütdürsə, onu 2-yə böl, təkdirsə ona 1 əlavə et. Əldə etdiyin nəticə üzərində yenə eyni əməliyyatları icra elə, ta ki 1 alınana qədər. Yerinə yetirdiyin bu əməliyyatların sayı sənin yaşına bərabər olacaq. Artıq mənim yaşımı tapa bilərsən.

   Pünhan baba həm də Adilə söz verdi ki, əgər yaşını tapa bilsə, ona maşın sürməyi öyrədəcək. Adilə babasının yaşını tapmaqda kömək edin.

Giriş verilənlərinin formatı

   Tək sətirdə Adilin yaşı olan 13 ədədi verilir.

Çıxış verilənlərinin formatı

   Pünhan babanın yaşını tək sətirdə çap etmək lazımdır.

   Proqramı özünüz tərtib etməyə çalışın. Əgər alınmasa, aşağıdakı həll ilə tanış olun.

Punhan_Baba

Bonus

   COVID-19 pandemiyası dövlət və özəl şirkətlərin də işini çətinləşdirmişdi. Böyük krizisə baxmayaraq MilliByte kompaniyası uğurlu fəaliyyət göstərərək xalis mənfəət və gəlirlərində artıma nail olmuşdu. Məhz buna görə də şirkətin rəhbəri bu uğurda rolu olan əməkdaşlarını mükafatlandırmaq qərarına gəlmişdi. Ay sonunda işçilər əmək haqqlarına əlavə olaraq bonus da alacaqdılar.

Working Notepad Bonus Salary Growth Success Promotion Concept

   Bu haqda elanlar lövhəsində məlumat da yerləşdirildi. Məlumatda həmçinin qeyd olundu ki, bir neçə günə kimin nə qədər bonus alacağı da elan olunacaq. Lakin rəhbərlik əməkdaşlarına veriləcək mükafatın məbləğinin hər kəs tərəfindən bilinməsini istəmirdi. Ona görə belə bir qərara gəldilər ki, bonus məbləğlərinin yerinə fərqli say sistemlərində verilmiş ədədlər yazsınlar. Əməkdaşların ad və soyadlarının yerinə isə onların yaşını qeyd etsinlər. Hər əməkdaş üçün say sistemi isə belə seçilirdi. Əməkdaşın yaşını götürərək onluq mövqedə duran rəqəmini silib üzərinə 2 gəlirdilər. Və beləcə alınan ədəd say sisteminin əsası qəbul edilirdi.

   İndi Sizdən tələb olunan MilliByte şirkətinin öz əməkdaşlarına nə qədər bonus verdiyini onluq say sistemində tapmaqdır.

   Əməkdaşların sayı 50-dən azdır, yaşları 100-dən çox deyil, aldıqları bonus onluq say sistemində 100000 manatdan çox deyil.

Giriş verilənlərinin formatı

   Birinci sətirdə bonus alacaq əməkdaşların sayı n (n < 50) verilir. Növbəti sətirlərdə isə  arada boşluq olmaqla əməkdaşın yaşı və hansısa say sistemində (rəqəm və böyük ingilis hərfləri ilə ifadə olunan) aldığı bonus miqdarı verilir.

Çıxış verilənlərinin formatı

   Hər əməkdaşın aldığı bonusun miqdarını onluq say sistemində ayrı-ayrı sətirlərdə çap etmək lazımdır.

Nümunə
Giriş verilənləri Çıxış verilənləri

2
28 2800
30 101

2800
5

   Proqramı özünüz tərtib etməyə çalışın. Əgər alınmasa, aşağıdakı həll ilə tanış olun.

Bonus

Armud ağacı

   Mauqlinin böyüyüb başa çatdığı Seoni cəngəlliyində çox ləzzətli armudlar yetişirdi. Amma onların içərisində elə bir armud ağacı var idi ki, onun meyvələri tamam başqa aləm idi. Belə bir məsəl var, “meşədə armudun yaxşısını ayı yeyər”. Elə ona görə də bu armud ağacının yerini yalnız ayı Balu bilirdi.

armud_agaci

   Balu sevimli armud ağacının çiçəklənməsini və meyvə verməsini hər dəfə səbirsizliklə gözləyərdi. Ağac bar verməyə başlayanda ayı gəlib meyvələri sayar və onların n qədər olduğunu müəyyənləşdirərdi. O məhsulun bol olmasına sevinib Allaha şükr edərdi. Bu mövsüm də belə oldu, hər gün armud yeyəcəyini qət edən ayı mağarasına şad-xürrəm geri döndü. Seoni cəngəlliyinin torpaqları çox münbit olduğundan armudlar tez yetişirdi. Bir neçə gün sonra Balu yetişmiş armudları toplamağa gəldi. Bu onun məhsul yığımının ilk günü idi. Balu ağacda k sayda yetişmiş armud gördü və səliqəylə dərib səbətinə qoydu. Bu armudları o elə həmin gün yeyəcək və sabahısı gün yenidən gələcəkdi. Təcrübəsinə əsasən Balu bilirdi ki, hər yeni gün ağacdakı yetişmiş armudların sayı əvvəlki gündən m qədər çox olurdu.

Vitamins in Pear-02

   Balu həm də onu bilirdi ki, armudda çoxlu vitaminlər var. Odur ki, hər gün daha çox armud yemək onu qəti narahat etmirdi.

   İndi Sizdən tələb olunan ayı Balunun sonuncu gün, yəni n-ci armudun yetişdiyi gün neçə armud yeməsini tapmaqdır.

Giriş verilənlərinin formatı

  Tək sətirdə n, km (1000000000-ı aşmayan) tam ədədləri verilir.

Çıxış verilənlərinin formatı

  Məsələnin cavabı olan tam ədədi tək sətirdə çap etmək lazımdır.

Nümunə
Giriş verilənləri Çıxış verilənləri

10 1 1

4

100 20 10

10

Proqramı özünüz tərtib etməyə çalışın. Əgər alınmasa, aşağıdakı həll ilə tanış olun.

pear_tree