Buraya qədər yazdığımız proqramlarda biz xətti və budaqlanma alqoritmlərindən istifadə etdik. Bundan başqa, proqramlaşdırmada dövri alqoritmlərdən də istifadə olunur. Əgər bir proqram daxilində müəyyən əməliyyatları ardıcıl şəkildə təkrarlamaq lazım gəlirsə, biz bu zaman dövr operatorlarına müraciət edirik. Dövr operatorları icrası təkrarlanan eyni proqram kodlarını dəfələrlə yazmaqdan bizi azad edir.
Python proqramlaşdırma dilində iki növ dövr operatoru nəzərdə tutulmuşdur. Əgər təkrarlanmaların sayı daha öncədən məlumdursa, sayğaclı dövr (for), məlum deyilsə, şərtli dövr (while) operatorundan istifadə olunur.

“Dövr Operatorları” üçün bir şərh
Şərh üçün bağlıdır.