Kortejlər

Python proqramlaşdırma dilində siyahı (list) tipinə bənzər kortej (tuple) adlı bir tip də var. Kortejlərin siyahılardan tək fərqi odur ki, onları da sətirlər kimi dəyişmək olmaz.

Kortejlər aşağıdakı üsullarla konstruksiya edilə bilər:

>>> (7, 4.44, 'z', "Turan", False) 
(7, 4.44, 'z', 'Turan', False)
>>> 2, 4, 8, 16
(2, 4, 8, 16)
>>> k1 = ('a', 'b', 'c', 'd', 'e') 
>>> k2 = 11, 22, 33
>>> tuple('abcde')
('a', 'b', 'c', 'd', 'e')
>>> tuple([1, 2, 3, 4, 5]) 
(1, 2, 3, 4, 5)
>>> k3 = (1,) # və ya k3 = 1, 
>>> k3
(1,)
>>> type(k3)
<class 'tuple'>
>>> k4 = ()
>>> k4
()
>>> tuple() 
()
>>>

Burada bir məqamı nəzərinizə çatdırım ki, əgər biz tək elementli kortej düzəltmək istəyiriksə (məsələn: k3 = (1,) kortejində olduğu kimi), onda hökmən bu tək elementdən sonra vergül (,) qoymalıyıq. Əks halda, interpretator bu ifadəni kortej kimi qəbul etməyəcək. Kortejlər boş da ola bilər. Yuxarıdakı proqramda k4 = ( )tuple() konstruksiyalarından boş kortejləri düzəltmək üçün istifadə olundu.

Kortejləri birləşdirmək (konkatenasiya) və təkrarlamaq (iterasiya) mümkündür:

>>> a = (1,  2,  3) 
>>> b = (4,  5,  6) 
>>> c = (7,  8) 
>>> a + b
(1, 2, 3, 4, 5, 6) 
>>> c * 3
(7, 8, 7, 8, 7, 8) 
>>>

Kortejlər üzərində indeksləmə və bölünmə (dilimləmə) əməliyyatlarını da aparmaq olar:

>>> k = ('a', 'b', 'c', 'd', 'e')
>>> k[2] 
'c'
>>> k[1:4]
('b', 'c', 'd')
>>>

Sətirlər və siyahılarda olduğu kimi, kortejlərin uzunluğu da len() funksiyası ilə müəyyən edilir:

>>> kor = 1, 2, 3, 4, 5 
>>> len(kor)
5
>>>

İç-içə kortejlərdən istifadə etmək mümkündür, yəni kortejin özü başqa kortejlərdən ibarət ola bilər:

>>> x = ('a', 'b', 'c') 
>>> y = (1, 2, 3) 
>>> z = (x, y)
>>> z
(('a', 'b', 'c'), (1, 2, 3)) 
>>> z[0]
('a', 'b', 'c')
>>> z[0][1]
'b' 
>>>

Kortejləri də leksikoqrafik olaraq müqayisə etmək mümkündür. Bu zaman müqayisə kortejlərin uyğun elementləri arasında aparılır. Müqayisə edilən iki kortej o zaman bərabər sayılır ki, kortejlərin uzunluğu eyni, uyğun elementləri eyni tipdə və öz aralarında bərabər olsun.

>>> k1 = ('a', 'b', 'c') 
>>> k2 = ('d', 'e', 'f') 
>>> k3 = ('a', 'b', 'c') 
>>> if k1 == k2:
        print('k1 və k2 kortejləri bərabərdir.')
    else:
        print('k1 və k2 kortejləri bərabər deyil.')

k1 və k2 kortejləri bərabər deyil.
>>> if k1==k3:
        print('k1 və k3 kortejləri bərabərdir.') 
    else:
        print('k1 və k3 kortejləri bərabər deyil.')

k1 və k3 kortejləri bərabərdir. 
>>>

Sonda onu da nəzərinizə çatdırım ki, kortejlər üzərində ümumi ardıcıllıq əməliyyatlarının hamısını icra etmək olar.

Kortejlər” üçün bir şərh

Şərh üçün bağlıdır.