Python-un Windows ƏS-nə quraşdırılması çox asandır. İnstalyasiya faylını (python-3.9.5.exe) yüklədikdən sonra onu icra edin və adi proqram kimi Next düymələrinə vuraraq proqramı kompüterinizə quraşdırın:
Ən sonda Finish düyməsinə vuraraq instalyasiya prosesini yekunlaşdırın. Python-u kompüterinizə quraşdırdıqdan sonra onun ikonunu masa üstünə yerləşdirməyi unutmayın.
Python ilə Proqramlaşdırma kitabının materialı çox anlaşıqlıdır. Mövzular sadədən mürəkkəbə doğru sıralanıb və oxucuya addım-addım prinsipi ilə çatdırılır.
Müəllifi Kərim Tahiroğlu olan bu kitab Python proqramlaşdırma dili ilə bağlı Azərbaycan dilində nəşr edilmiş ilk ədəbiyyatdır.
Nüfuzlu TIOBE Proqramlaşdırma İcmasının məlumatlarına görə Python hazırda dünya üzrə ilk onluqda yer alan populyar proqramlaşdırma dili sayılır. Python dili 1991-ci ildə Guido van Rossum tərəfindən işlənib hazırlanmışdır. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır. Bu gün Google, Intel, CISCO, Hewlett-Packard, Qualcomm, IBM və NASA kimi qurumlar bir çox layihələrini Python dilində işləyib hazırlayırlar. Python dili pulsuz olaraq yayılır. Bu dili öyrənmək asan və əyləncəlidir. Odur ki, Python dili nəinki peşəkar proqramçılar tərəfindən istifadə olunur, eləcə də həvəskarlar, məktəblilər də bu dilin imkanlarından geniş surətdə faydalanırlar. Əgər proqramlaşdırmaya yeni başlayırsınızsa, o zaman Python dili tam Sizə görədir.
Sizə təqdim edilən bu kitab ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri və ümumiyyətlə proqramlaşdırmanı öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulmuşdur.
Bu bloqda isə Sizləri bir-birindən maraqlı məlumatlar, proqramlar və əlbəttə ki, dərslər gözləyir. Kitab və bloqla bağlı öz düşüncələrinizi, təklif və rəylərinizi müəlliflə bölüşə bilərsiniz. Sizə uğurlar 🙂